Türkiyə Prezidenti telekanallara geniş müsahibə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə “Kanal 7”, “Ülke TV”, “24 TV”, “TV NET” və “TV 360” telekanallarına birlikdə geniş müsahibə verib.

Gündəlikdə olan vacib məsələlərə münasibət bildirən Türkiyə dövlət başçısı Əfqanıstanda baş verən son proseslər, qonşu dövlətlərlə münasibətlər, qaçqınlar problemi, terrorizmlə mübarizə və s. mövzularda jurnalistlərin suallarını cavablandırıb.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan mübarizənin effektli olduğunu diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan yerli peyvəndin hazırlanmasının vacibliyindən danışıb. Dövlət başçısı müsahibəsində, həmçinin qlobal iqlim dəyişikliyinin nəticəsi olaraq Türkiyənin qarşılaşdığı meşə yanğınları və sel fəlakətinə yaratdığı fəsadlara da geniş yer ayırıb. Diqqətə çatdırılıb ki, artıq meşə yanğınları və sel fəlakətində evsiz qalan vətəndaşlara dəyən zərərin aradan qaldırılmasına başlanılıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Əvvəllər təbii fəlakətlərdə və pandemiya ilə mübarizədə olduğu kimi, sel zamanı da birliyin, bərabərliyin və həmrəyliyin ən gözəl örnək olduğunu sərgiləyən vətəndaşlarımıza təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın yeni xarici işlər naziri təyin olunub

Sonrakı məqalə

Talibanın lideri bütün siyasi məhbusların azad olunması barədə əmr verdi