Türkiyə Quru Qoşunlarına yeni komandan təyin olunub

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Hərbi Şurasının (AHŞ) qərarı ilə Türkiyə Silahlı Qüvvələrində (TSK) Quru Qüvvələri komandanı vəzifəsinə general Musa Avsever təyin edib.

Bu barədə Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın bu gün AHŞ-nin 2 saata yaxın davam edən iclasından sonrakı açıqlamasında bildirib.

İbrahim Kalın deyib ki, AHŞ-nin qərarı ilə hava və dəniz qüvvələri komandanlarının vəzifə müddətləri uzadılıb.

44 general və admiralın vəzifə müddətləri bir il, 320 polkovnikin vəzifə müddəti isə 2 il uzadılıb.

30 avqust 2021-ci ildən qüvvədə olmaq etibarilə 17 general və admiralın rütbəsi bir dərəcə artırılıb, 56 polkovnikə isə general və admiral rütbəsi verilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibbi sığortası olanlar ən çox hansı xəstəliklərlə bağlı müraciət ediblər?

Sonrakı məqalə

Zakir Həsənov azad olunmuş ərazilərdəki hərbi hissələrdə olub –