“Türkiyə Rusiyadan üz döndərməyib. Bu barədə deyilənlər həqiqətə uyğun deyil”.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə “Hürriyet” qəzeti hökumət dairələrindəki mənbələrə istinadən yazır.
“Türkiyənin Rusiyadan üz döndərməsi, tamamilə Qərbə üz tutması ilə bağlı fikirlər doğru deyil. Türkiyə beynəlxalq və regional güc olaraq tarazlıq siyasətini davam etdirəcək. Bu kontekstdə Türkiyə Qərblə münasibətlərini inkişaf etdirməyə davam edəcək“-deyə məlumatda qeyd olunub.
Mötəbər mənbələr bildirib ki, Ankara eyni zamanda prezident Putinlə “şəffaf danışıqları” davam etdirərək.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Türkiyə arasında əməkdaşlığı şərh edərkən deyib ki, fikir ayrılıqları olsa da münasibətlərin iki ölkənin maraqlarına uyğun olan hissəsi də var. Moskva dialoqu inkişaf etdirmək niyyətindədir.
Bazar ertəsi Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq.
Dmitri Peskov deyib ki, Türkiyəni Avropada görmək istəmirlər. Ankara bu mövzuda “çəhrayı eynəyi” taxmamalıdır.
