Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Türkiyə və Pakistanın hərbi bazasını Azərbaycanda yerləşdirmək lazımdır”-

User 30 İyun 2025 - 15:23 (Last updated: 30 İyun 2025 - 15:23)
eldar namazov heyder

“Qısa müddətdə Türkiyənin ən böyük hərbi bazasını Azərbaycanda yerləşdirmək lazımdır“.

AzPost bildirir ki, bu sözləri politoloq, Prezident Katibliyinin sabiq rəhbəri Eldar Namazov Rusiya-Azərbaycan münasibətlərini şərh edərkən yazıb.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində baş verən son hadisələr heç kimi təəccübləndirməməlidir. Eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli sayt və kanalların guya İsrail PUA-larının Azərbaycan ərazisindən İrandakı hərbi obyektlərə zərbələr endirdiyi barədə yalan məlumat yaymasına da…

“Başa düşməliyik ki, Azərbaycan dünyada həm Rusiya, həm də İranla quru sərhədi olan yeganə “şanslı” ölkədir. Bu ölkələrin hər biri müstəqil Azərbaycanı onun geosiyasi planlarına təhlükə hesab edən və ölkəmizi yenidən işğal etmək üçün “tarixi haqqı” olduğuna inanan dövlətlərdir”.

E.Namazovun fikrincə, hələlik onları dayandıran yeganə amil Azərbaycana qarşı təcavüzün hərbi-siyasi nəticələrini tam hesablaya bilməməkləridir: “Onları əbədi olaraq dayandıran və müstəqil varlığımızla barışmağa məcbur edəcək yeganə şey bu cür təcavüzün qeyri-mümkünlüyünün konkret təsdiqidir”.

“Şuşa Bəyannaməsi əsasında öz məntiqi inkişafı çərçivəsində qərar qəbul etmək və qısa müddətdə bölgədəki ən böyük türk hərbi bazasını Azərbaycanda yerləşdirmək lazımdır. Biz bu bazanın bir hissəsini 250 milyon əhalisi və nüvə silahı olan başqa bir müttəfiqimiz olan Pakistan Hərbi Hava Qüvvələrinə icarəyə verə bilərdik”.

E.Namazovun fikrincə, siyasət elminin “güc vasitəsilə sülh” adlandırdığı məhz budur: “Bu isə ümumi dildə Moskva və Tehrana “Azərbaycanla bağlı planlarını unut!” söyləmək adlanır”.

AzPost.az

Post navigation

Previous: “Mən sənə aşiq olmuşam, əmiqızı…”-
Next: “Sputnik Azərbaycan”da çalışan iki FTX əməkdaşı saxlanılıb

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.