Türkiyə və Ukrayna prezidentləri görüşüb-FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə səfər edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə İstanbulda Huber köşkündə görüşüb.

Hazırda davam edən görüş çərçivəsində Türkiyə-Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi, azad iqtisadi ticarət müqaviləsi, regionda sülh və sabitliyin qorunması, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılacaq. Dövlət başçıları Rusiya və Ukrayna arasında yaranan gərginliklə əlaqədar da müzakirələr aparacaqlar. (APA)

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda Türk Şurasının informasiya və media üzrə toplantısı keçirilib –

Sonrakı məqalə

Kosmosa uçacaq ilk ərəb qadın astronavtın adı açıqlandı –