Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkiyə XİN-də Türk Dövlətləri Təşkilatı Departamenti yaradılıb

User 07 Aprel 2024 - 12:00 (Last updated: 21 May 2025 - 20:15)
xin turk

Türkiyə Xarici İşlər Nazirliyində (XİN) struktur islahatları çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Departamenti yaradılıb. Türk dünyasının əhəmiyyətini nəzərə alaraq yaradılan Departamentin səlahiyyətlərinə türkdilli dövlətlərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi daxildir.

Dəyişikliklərin həyata keçirilməsi məqsədilə Türkiyə Xarici İşlər Nazirliyinin nizamnaməsinə, əsasnamələrinə və digər hüquqi sənədlərinə dəyişiklik edilib.

“İslahatlar Türkiyənin maraqlarına, sabitliyinə və təhlükəsizliyinə maksimum töhfə vermək, ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək, xaricdə Türkiyə vətəndaşlarının maraqlarını səmərəli müdafiə etmək istəyini əks etdirir”, – deyə Türkiyə XİN-dən bildirilib.

Bununla bağlı Xarici İşlər Nazirliyinin coğrafi meyara görə ayrı-ayrı departamentlərinin yaradılması qərara alınıb. Eyni zamanda, ayrı-ayrı bölgələrin və ölkələrin əhəmiyyətini nəzərə alaraq bəzi dövlətlər üzrə idarələr də yaradılıb.

Məsələn, Amerika ölkələri Departamenti ilə yanaşı, Latın Amerikası ölkələri üzrə ayrıca idarə yaradılıb.

Eyni zamanda, Asiya ölkələri Departamenti ilə yanaşı, İran və İraq şöbəsi də yaradılıb.

Həmçinin Beynəlxalq Vasitəçilik İdarəsi yaradılıb ki, bu da ziddiyyətlərin və münaqişələrin həlli sahəsində mütəxəssisləri bir araya gətirmək imkanı verəcəkdir.

Türkiyə XİN-in Viza və Miqrasiya idarələri vahid strukturda birləşdirilib.

Xarici Siyasət Xidmətinin nəzdində Elm və Texnologiyalar Siyasəti Departamenti yaradılıb ki, bu da Ankaranın elmi sahədə diplomatik əlaqələr qurmaq istəyini əks etdirir.

Türkiyə Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin adı dəyişdirilərək Dövlət Diplomatiyası və Strateji Əlaqələr İdarəsi adlandırılıb.

Post navigation

Previous: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Next: Qərbi Azərbaycan İcması Avropa İttifaqının sözçüsünə etiraz edib

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.