Türkiyə XİN Suriyanın “erməni soyqırımı”nı tanımasına münasibət bildirib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy bildirib ki, Suriya parlamentinin 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi tanıması ikiüzlülüyün təzahürüdür.

“Bu  addım uzun illərdir öz xalqını qətlə yetirən, milyonlarla insanı öz evindən didərgin salan və kimyəvi silahdan istifadə məharəti yaxşı bilinən rejimin ikiüzlülüyünün təzahürüdür. Suriya hakimiyyətinin baiskar olduğu fəlakət davam edir və bu fəlakət bizim sərhədlərimizdə yaşanmaqdadır. Dəstək verilməyən iddiaların beynəlxalq aləmdə legitimliyini itirmiş zalım rejim tərəfindən irəli sürülməsi isə bunun arxasında yatan əyri zehniyyətin açıq təzahürüdür”, – deyə XİN rəsmisi vurğulayıb. (APA)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Böyük Vətən Müharibəsi iştirakçılarının övladlarına hansı növ vergi güzəşti tətbiq edilir?

Sonrakı məqalə

İranda 7 mindən çox insanın deputatlığa namizədliyi etibarsız sayılıb