“Türkiyə Zelenskinin 10 bəndlik sülh planını dəstəkləyir” –Ərdoğan

Türkiyə Ukraynada sülhün bərqərar olması üçün İstanbul danışıqlar masasını yenidən təsis etməyə hazırdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ukrayna-Cənub-Şərqi Avropa Sammiti”nə ünvanladığı videomüraciətində deyib.

O qeyd edib ki, Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, müharibəni ədalətli şəkildə bitirmək üçün dialoq və diplomatiyaya yeni şans verilməlidir: “Bu məqsədə çatmaq üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə etmək böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır. Bu baxımdan biz Ukrayna prezidenti Vladimir Zelenskinin 10 bəndlik sülh planını prinsipcə dəstəkləyirik”. (APA)

Əvvəlki məqalə

Ermənistan Rusiyaya nota verib

Sonrakı məqalə

Azərbaycanda içməli suyun 39 faizi itkiyə gedir –