Türkiyədə bu gün koronavirusdan 231 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 231 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 319 110 nəfər test edilib, onların 24 613-nün koronavirus testi pozitiv nəticə verib, 26 052 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 102 431 607 peyvənd tətbiq edilib ki, bunun 83, 42 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları müxtəlif silahlardan atəş açıb –

Sonrakı məqalə

ABŞ-da Kapitoliya binası qarşısanda soyuq silahla dolu yük maşını saxlanılıb