Türkiyədə COVID-19-dan daha 87 nəfər dünyasını dəyişib

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 87 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 146 198 şübhəli koronavirus testindən keçib, onlardan 2529-nun cavabı pozitiv çıxıb, 2215 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3001 nəfər olub.

Türkiyədə ümumilikdə 15 milyondan çox əhali testdən keçib, onlardan indiyədək 399 360 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 059 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan məğlubiyyətin səbəblərini açıqladı:

Sonrakı məqalə

“Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir” –