Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Türkiyədə nə qədər azərbaycanlı tələbə təhsil alır?

User 18 Avqust 2025 - 21:00 (Last updated: 18 Avqust 2025 - 20:33)
1704954558_telebe1

Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2019–2024-cü illər ərzində Türkiyə ali təhsil müəssisələrində əldə olunmuş kvalifikasiyaların tanınması üçün TKTA-ya 5327 müraciət daxil olub. Onlardan 5107-si barədə müsbət, 220-si barədə isə imtina qərarı verilib. İmtinanın əsas səbəbləri arasında “açıq təhsil” forması (35,9 faiz), ekvivalentliyi olmayan ixtisaslar (29,23 faiz) və saxta sənəd təqdim edilməsi (11,28 faiz) kimi hallar üstünlük təşkil edir.

Statistika göstərir ki, son altı ildə Türkiyədən alınan diplomların tanınması üçün edilən müraciətlərin sayı artan dinamika ilə davam edib. Lakin müraciətlərin yalnız 19,71 faizi beynəlxalq reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərdən olub. Həmin göstəricinin böyük hissəsi Hacettepe və İstanbul universitetlərinin payına düşüb.

Müraciətlər üzrə qeyd edilən artan dinamikanın beynəlxalq reytinqlərdə yer alan Türkiyə universitetlərinə münasibətdə təhlili göstərir ki, 2024-cü il üzrə “Times Higher Education”, QS və “Shanghai” kimi reytinqlərdə Hacettepe Universiteti hər üçündə, İstanbul Universiteti isə ikisində ilk 1000-likdə yer alıb.

“Times Higher Education” reytinqinə daxil olan Türkiyə universitetlərindən 478 müraciət edilib (ümumi müraciətlərin 8,97 faizi). Onlardan 473 nəfərə şəhadətnamə təqdim olunub, 5 nəfər barədə imtina qərarı qəbul edilib. QS reytinqinə görə isə müraciətlərin sayı 741 olub (13,91 faiz). Onlardan 726-sı müsbət, 15-i isə mənfi nəticələnib. Bu reytinq üzrə Hacettepedən 133, İstanbul Universitetindən isə 245 məzun tanınma üçün müraciət edib. “Shanghai” reytinqində ilk 1000-likdə olan Türkiyə universitetlərindən isə 758 müraciət daxil olub (14,22 faiz). Onlardan 697-si barədə müsbət, 61-i barədə mənfi qərar verilib. Bu reytinq üzrə də Hacettepe və İstanbul universitetləri üstünlük təşkil edib.

Ümumilikdə, altı ildə Türkiyədən daxil olan 5327 müraciətin yalnız 1050-si (19,71 faiz) beynəlxalq reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərdən olub. Həmin 1050 müraciətin 36 faizi isə yalnız iki universitetin – Hacettepe və İstanbul universitetlərinin payına düşüb. Bu, Türkiyə üzrə tanınma müraciətlərinin böyük əksəriyyətinin reytinqə daxil olmayan universitetlərdən gəldiyini göstərir.

Eyni zamanda, tənzimlənən ixtisaslar üzrə TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə tanınması imtahanlarının nəticələri də vəziyyəti əyani göstərir. Belə ki, iyunun 23-də keçirilən imtahanda (müəllimlik, hüquqşünaslıq və mühəndislik üzrə) iştirak edən Türkiyə məzunlarının 28 nəfərindən 11-i (təxminən 40 faiz) uğursuz nəticə göstərib.

Ümumilikdə aparılan təhlil göstərir ki, 2019–2024-cü illərdə Türkiyə ali təhsil müəssisələrində əldə olunmuş kvalifikasiyaların tanınması üzrə müraciətlərin sayı artsa da, onların yalnız kiçik hissəsi beynəlxalq reytinqlərdə ilk 1000-likdə olan universitetlərə aiddir. Bu isə bir çox tələbənin keyfiyyət göstəricilərinə deyil, sadəcə asan qəbul imkanlarına üstünlük verdiyini göstərir. Nəticədə aşağı keyfiyyətli universitetlərin məzunlarının əmək bazarına daxil olması rəqabət qabiliyyətini zəiflədir və ixtisaslı kadrların sayına mənfi təsir göstərir.

TKTA vətəndaşlara tövsiyə edir ki, qardaş ölkənin universitetlərini seçərkən yalnız qəbul şərtlərinə deyil, həm də ali təhsil müəssisəsinin beynəlxalq keyfiyyət göstəricilərinə diqqət yetirsinlər.

AzPost.az

Post navigation

Previous: Fransa saxlanılmış azərbaycanlı uşaqları Almaniyaya qaytarıb
Next: 6 ayda 164 min reklam icazəsi verilib

Oxşar xəbərlər

ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM

User 07 Noyabr 2026 - 13:48
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam...
Read more about Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM
“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.