Türkiyədə orta məktəblər və universitetlər bağlandı

Türkiyədə koronavirus epidemiyasının yayılması ilə əlaqədar radikal tədbirlər görülür.

Prezident Ərdoğanın sədrliyi ilə keçirilən hökumətin geniş tərkibli iclasında bununla əlaqədar mühüm qərarlar alınıb.

Hökumət iclasının nəticələri ilə bağlı açıqlama prezidentin mətbuat katibi İbrahim Kalın tərəfindən verilib.

Bundan sonra Türkiyədə orta məktəblər bu ilin mart ayının 16-dan etibarən bir həftəliyinə bağlanır. 23 martdan etibarən şagirdlərə distans təhsil verilməsi proqramına başlanılacaq. Türkiyədə universitetlər də 3 həftəliyə bağlanacaq.

Ekspertlərin tövsiyyələri ilə idman yarışlarının hamısının tamaşaçılarsız oynanılacağı qərarlaşdırılıb.

Dövlət məmurlarının məzuniyyət və ezamiyyətləri ilə bağlı ciddi məhdudlaşdırmalar gətirilir.

İbrahim Kalın Türkiyə vətəndaşlarını yaxın vaxtlarda nəzərdə tutduqları xaricə səfərlərini təxirə salmağa çağırıb. O, xaricdən qayıdan insanlara 14 gün ərzində özlərini karantin vəziyyətində təcrid etməsinin vacib olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Orta məktəblərdə dərs ilinin müddətini Nazirlər Kabineti müəyyən edəcək –

Sonrakı məqalə

İlyas İsmayılov Prezident Administrasiyasına dəvət olundu –