Türkiyədə seçkilər bu tarixdə keçirilə bilər- Yekun qərar martın 10-da açıqlanacaq

Türkiyə parlamenti yeni tarixlə bağlı razılığa gələ bilməsə, prezident Rəcəb Tayyib Ərdoğan martın 10-da parlament və prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi ilə bağlı sərəncam imzalaya bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti AKP-dəki mənbələrə istinadən məlumat yayıb.

Ərdoğan açıq şəkildə bildirib ki, Türkiyədə milli seçkilər nəzərdə tutulan tarixdən (17 iyun) bir ay tez və mayın 14-də keçirilə bilər.

Ölkə rəhbərliyinin fikrincə, bu, vətəndaşların əksəriyyətinin ölkədə olduğu və səsverməyə gələ biləcəyi uyğun vaxtdır.

Azpost.info

Əvvəlki məqalə

“20 yanvar qırğını Moskvanın və AXC-ni ələ keçirmiş casusların birgə planı idi” –

Sonrakı məqalə

“Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq”