“20 yanvar qırğını Moskvanın və AXC-ni ələ keçirmiş casusların birgə planı idi” –ZƏRDÜŞT ƏLİZADƏ

“20 yanvarla bağlı unuda bilmədiklərim kütlənin cəhaləti, öndə gedən siyasi fəalların alçaqlığı və xalqa biganəliyidir”.

Bu barədə Azpost.info-ya Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından və ilk İdarə Heyətinin üzvü olmuş politoloq Zərdüşt Əlizadə Bakı qırğınının növbəti ildönümü ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, 20 yanvar faciəsi itirilmiş imkanlar və təkaüml yolu ilə demokratik inkişafın qarşısının alınmasıdır: “Bu imkanlar var idi. Amma hakimiyyət, vəzifə, sərvət uğrunda davada kütləni bada verdilər. Nəticədə xalq itirdi. İnsanlar küyə gedərək qırıldılar”, – deyə Zərdüşt Əlizadə vurğulayıb.

O bildirib ki, 20 yanvar faciəsi üçün tarixi zərurət yox idi: “20 yanvar faciəsi baş verməsəydi, 3 aydan sonra Azərbaycan SSR Ali Sovetinə seçkilər keçiriləcəkdi və Azərbaycan Xalq Cəbhəsi çox asanlıqla böyük çoxluqla qanunverici orqanda təmsil olunacaq və milli hökumət quracaqdı. Beləliklə də, Estoniya, Latviya və Litvada olduğu kimi Azərbaycan dinc şəkildə, təükamül yolu ilə inkişafa qədəm qoyacaqdı. Amma bunun əvəzinə biz qırğınlar və müharibə gördük”.

Politoloqun fikrincə, 20 yanvar faciəsi heç də o zamankı siyasi qüvvələrin səriştəsizliyinin təzahürü deyildi. Əksinə baş verənlər Moskva, Bakıdakı kommunist hakimiyyəti və Milli Azadlıq Hərəkatındakı casusların birgə ssenarisi olub. “Baş verənlər Moskvanın, Bakıdakı kommunista hakimiyyətinin Milli Azadlıq Hərəkatındakı və Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyini ələ keçirmiş casusların və satqınların planı idi. Xalq onların heç vecinə də deyildi”, – deyə Zərdüşt Əlizadə bildirib.

Abbas

Əvvəlki məqalə

Prezident Davos Forumunun iclasında iştirak edir –

Sonrakı məqalə

Türkiyədə seçkilər bu tarixdə keçirilə bilər