Türkiyədə terror aktı nəticəsində iki elektrik işçisi həlak olub

Türkiyədə PKK terrorçularının quraşdırdığı bombanın partlaması nəticəsində iki elektrik işçisi həlak olub.

Qanlı hadisə Bingöl vilayətinin Genç rayonunun Yolçatı kəndində baş verib. Bildirilir ki, terrorçular bombanı uzaqdan idarə edilən sistemlə partladıblar. Terrorçuların axtarışı davam edir.

Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, ölkənin Diyarbəkir, Bingöl və Muş vilayətlərində “Eren, Şenyayla-Sağgözə” adlı antiterror əməliyyatı başlanıb. Prosesə ümumilikdə 2 min 250 nəfərlik heyət cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda bir ailənin üzvləri intihara cəhd edib –

Sonrakı məqalə

Telman İsmayılov iki aylıq həbs edilib