Türkiyədə zəlzələdə həlak olanların sayı 49 mini ötüb

Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayı demək olar, 49,6 min nəfərə çatıb. Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 min 589 nəfər həyatını itirib ki, onlardan 6 min 807 nəfəri xarici vətəndaşlardır.

Bu barədə jurnalistlərə açıqlamasında ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib.

Əvvəlki məqalə

DİN-dən kiberdələduzlara bağlı vətəndaşlara

Sonrakı məqalə

Putin helikopterlə Ukraynaya gəldi –