Türkiyədən Avropa İttifaqı ölkələrinə 76 mindən çox qaçqın keçib

Artıq 76 min 358 miqrant Türkiyə və Avropa İttifaqı ölkələri arasındakı sərhədi keçib.

Bunu bu gün Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib. Soylu deyib ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Avropa İttifaqı ilə sərhədləri miqrantlar üçün açıq elan etməsindən sonra ötən müddətdə qeydə alınıb. R. T. Ərdoğan Türkiyənin suriyalı qaçqınlar üçün sərhədi açdığını bildirib.

Xatırladaq ki, 2016-cı ilin martında Avropa İttifaqı və Türkiyə arasında miqrant böhranına qarşı mübarizə ilə əlaqədar plan qəbul edilib. Plan miqrantların qəbulu üçün Avropa İttifaqının Türkiyəyə maliyyə yardımı göstərməsini, Türkiyə ərazisindən Yunanıstana keçən miqrantların Türkiyəyə  qaytarılmasını, suriyalı leqal miqrantların 1:1 prinsipi ilə Türkiyə və Avropa İttifaqı tərəfindən qəbul edilməsini nəzərdə tutub.

Bir müddət əvvəl isə  Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik  bəyan edib ki, Türkiyə miqrasiya siyasətinə sadiqdir, lakin artıq Suriyadan gələn miqrant axınını qəbul etmək iqtidarında deyil. Bu bəyanatdan sonra Türkiyə ilə qonşu ölkələr sərhədlərinə nəzarəti gücləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu –

Sonrakı məqalə

Daxili İşlər Nazirliyi açıqlama yaydı