“Türkiyənin 8 bölgəsində yanğın davam edir”

Türkiyənin 8 bölgəsində yanğın davam edir.

Bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli mətbuata açıqlamasında bildirib.

Nazir deyib ki, indiyədək 125 yanğından 117-si nəzarətə alınıb, bəziləri tamamilə söndürülüb.

B.Pakdemirli Antalyanın Manavqat rayonu, Gündoğmuş qəsəbəsində, Muğlanın Marmaris, Milas rayonlarında, Göyçeğiz, Kavaklıdərə qəsəbələrində, Menteşe, Seyidlikəmər məhəllələrində, Tunceli vilayətinin Hozat rayonunda yanğınların davam etdiyini deyib. Nazir bu gün başlayan Muğlanın Menteşe, Bodrum, Mersinin Silifke, Antalyanın Qazipaşa və Kəmərli rayonlarında baş verən yanğınlar nəzarətə alındığını vurğulayıb.

B.Pakdemirli deyib ki, yanğın yaşayış məntəqələrinə yaxınlaşdığı üçün təhlükəsizlik məqsədilə Muğlada bu gün 6 məhəllə boşaldılıb. Nazir bu yanğınlara müdaxilə edərkən 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), 45 helikopter, 6 idarəetmə və bir 1 pilotsuz helikopter, 708 suçiləyici, 120 inşaat maşını, 4800 heyət içtirak edir. Nazir bu yanğınlarda 8 nəfərin vəfat etdiyini, xeyli heyvanın tələf olduğunu, dünən isə yanğınla mübarizədə 15 nəfərin həyati təhlükəsi olduğunu bildirib.

“Bu fəlakətdə bizə yaxından dəstək olan qardaş ölkələrə də, xalqımıza da təşəkkür edirəm”, – deyə nazir qeyd edib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə yanğından zərər çəkən 864 xəstədən 837-si evə buraxılıb

Sonrakı məqalə

Azərbaycan güləşçiləri mübarizəyə başlayır –