Türkiyənin Azərbaycandakı yeni səfirinin vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri 10-15 gün ərzində vəzifəsinin icrasına başlayacaq.

Bu barədə APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Özoral bildirib ki, qısa zamanda Cahit Bağçı vəzifəsinin icrasına başlayacaq: “Mən 10-15 gün içində buradan ayrıldıqdan sonra yeni dəfir gələcək. Yaxın günlərdə dəqiq tarix bəlli olacaq”. Özoral bundan sonra fəaliyyətinə hansı istiqamətdə davam edəcəyi ilə bağlı isə bildirib ki, bu, Ankaraya qayıdandan sonra məlum olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir