Türkiyənin Mərmərə Qrupu Vəqfinin Başqanı:“Şeyxülislam haqqında ittihamlar əsassızdır”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Qurban bayramı günü Təzəpir məscidində dindarlar qarşısında çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğana, qardaş Türkiyəyə və qonşu İrana, onun dini rəhbərinə təşəkkür etməsi ətrafında qaldırılan kampaniya Türkiyədə də təəssüflə qarşılanıb.

Qeyd edək ki, sosial şəbəkədə QMİ sədrinin çıxışını təhrif etməklə guya Türkiyənin adının çəkmədiyini, dolayısı ilə qardaş ölkənin əleyhinə mövqe nümayiş etdirdiyi barədə əsassız ittihamlar yer aldı.

Türkiyənin Mərmərə Qrupu Vəqfinin Başqanı, dr.Akkan Suver də bununla bağlı öz etirazını bildirib.

Azpost.info-ya açıqlamasında A.Suver bildirib ki, Şeyxülislam Allahşükür Paşazadənin çıxışı ilə bağlı anlaşılmazlığdan qaynaqlanan, haqqında ortaya qoyulan əsassız ittihamlar yanlışdır: “Bir az da məqsədini aşan bir müdaxilədir. Stəkanda qoparılan fırtına əslində Türkiyə və Azərbaycanın birliyini hədəfə almaqdır. Yalnız Azərbaycanda deyil, türk dünyasında tanınan, bilinən, qəbul edilən bir şəxsiyyət, dini rəhbər və ağsaqqal olaraq Şeyxülislam Allahşükür Paşazadənin anlaşılmazlıqdan doğan belə bir töhmət altında qalması təəssüf doğurur. Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli birlikdən narahat olanların çörəyinə yağ sürtməyi hədəfləyən belə xəbərlərə etibar etmək doğru deyil, faydasızdır”.

A.Suver qeyd edib ki, Türkiyə prezidenti Ərdoğanın anasının dəfn mərasiminə gəlib iştirak edənlər sırasında Şeyxülislam həzrətləri də var idi: “Bunu Şeyxülislam həzrətlərinin hörmətli prezidentimizə olan səmimi duyğularının bir nümayişi kimi vurğulamaq istərdim”.

Suverin sözlərinə görə, biz məsuliyyətli davranmalı və yanlış anlamlara meydan verməməliyik: “Yanğınla mübarizə apardığımız bu günlərdə Türkiyə ilə Azərbaycanın birlik və həmrəyliyinin gücləndirilməsi üçün töhfələr verməli, bu ideyaya xidmət etməliyik. Yanlış anlamlarla etibar etmədən yolumuza davam etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yanğınlara məruz qalan Muğlada bu gün 131 zəlzələ qeydə alınıb

Sonrakı məqalə

“Avropa Parlamenti məsuliyyətsiz bəyanatlardan çəkinməlidir” –