“Ukrayna ilə bağlı Türkiyənin vasitəçiliyindən nəticə gözləmirik” –ABŞ-ın NATO-dakı nümayəndəsi

“ABŞ Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna təmaslarından irəliləyiş gözləmir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib.

“Təbii ki, Ərdoğan tərəfləri bir araya gətirmək təklifi ilə çıxış edəndə bu, konstruktiv addım kimi qiymətləndirilmişdi. Lakin Rusiya tərəfinin davranışını nəzərə alsaq, hazırkı mərhələdə bunun hər hansı böyük irəliləyişə səbəb olacağına şübhə ilə yanaşırıq”.

Smit qeyd edib ki, Vaşinqton hələ də hansısa diplomatik irəliləyişə ümid edir: “Rusiya prezidenti Vladimir Putin bu vəziyyətdən çıxmaq üçün hansısa yoldan istifadə edəcək”.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Avropaya qaz tədarükü üçün lazımi nəqletmə imkanları yoxdur” –