Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Türkiyənin vitse-prezidenti Milli Məclisdə olub

User 20 Dekabr 2023 - 20:11 (Last updated: 21 May 2025 - 20:15)
17030863723578363361_1200x630

Dekabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri dost və qardaş ölkələrimiz arasında münasibətlərin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmadığını vurğulayan Milli Məclisin sədri hər iki dövlətin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu qeyd edib. Bildirilib ki, İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı bir daha bunun şahidi olduq.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunaraq, bu mənada iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində görüşlərinin münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verdiyi vurğulanıb. Xatırlanıb ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsində iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri öz əksini tapıb.

Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə iqtisadi əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarımızın tapşırığına uyğun olaraq, iqtisadi əlaqələrimizin ilbəil daha da gücləndiyi, ticarət dövriyyəsinin artdığı vurğulanaraq, iqtisadi əməkdaşlığımızın inkişafında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Söhbətdə iki qardaş ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin də vacib rolu qeyd edilərək, bu istiqamətdə də fəal əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında Sazişin əhəmiyyətini qeyd edib. O, ikitərəfli əməkdaşlıqla yanaşı, Türkiyə və Azərbaycan parlamentlərinin birgə fəaliyyətini də vurğulayıb.

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini bildirib, onun müasir müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb. Qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayan Türkiyənin vitse-prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda, həmçinin Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlığından məmnunluğunu ifadə edib.

Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən məmnunluğunu ifadə edib. Qonaq Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.

Eyni zamanda, hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində Azərbaycan və Türkiyənin əməkdaşlığı qeyd edilib.

Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Hikmət Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək iki ölkə arasında əlaqələrin bu günü və gələcəyi barədə fikirlərini bölüşüblər.

Post navigation

Previous: Kirayə pulunu verə bilməyən Türkiyə Mərkəzi Bankının sədri atasının evinə köçdü
Next: ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Oktyabrın 29-da Azərbaycanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 97 nəfər saxlanılıb. Onlardan 74-ü borclu şəxs...
Read more about Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.