Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkiyə NATO missiyası üçün Estoniyaya F-16 qırıcıları göndərir

User 27 İyul 2026 - 10:16 (Last updated: 27 İyul 2026 - 10:05)
TURK QIRICI

Türkiyə NATO-nun Baltik ölkələrinin hava məkanının mühafizəsi (Baltic Air Policing) missiyasında iştirak etmək üçün 5 ədəd F-16 qırıcısı və 181-ci eskadrilyanın 76 hərbi qulluqçusunu Estoniyaya göndərəcək.

Bu barədə Hürriyet qəzeti məlumat yayıb.

Türkiyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Özdəmir Anadolu Agentliyinə bildirib ki, missiya NATO-nun şərq cinahının müdafiəsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu əməliyyat Türkiyənin beynəlxalq çəkindirmə imkanlarının gücləndirilməsinə, müttəfiq ölkələrin silahlı qüvvələri ilə əməkdaşlığın inkişafına və ölkənin strateji potensialının artırılmasına töhfə verəcək.

Məlumata əsasən, avqustdan noyabr ayınadək rotasiya prinsipi ilə həyata keçiriləcək missiya çərçivəsində Türkiyə qırıcıları Latviya, Litva və Estoniyanın hava məkanında patrul xidməti aparacaq.

Həmin ölkələrin özlərinə məxsus döyüş təyyarələri olmadığı üçün onların hava məkanının mühafizəsi NATO üzvü dövlətlər tərəfindən növbəli əsasda həyata keçirilir.

Xatırladaq ki, Bloomberg agentliyi ötən ilin dekabrında NATO-nun Türkiyədən Baltik ölkələrinin hava məkanının mühafizəsi üçün F-16 qırıcılarını planlaşdırılandan bir neçə ay əvvəl göndərməyi xahiş etdiyini yazmışdı.

Məlumata görə, alyans 2026-cı ilin avqust-dekabr aylarında Estoniyada növbəti rotasiya çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin F-16-larından istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri daha əvvəl də NATO missiyaları çərçivəsində 2021-ci ildə Polşanın, 2023–2024-cü illərdə isə Rumıniyanın hava məkanının mühafizəsində iştirak edib.

AzPost.az

Post navigation

Previous: Moskva dron hücumuna məruz qaldı
Next: Ədliyyə naziri Lerikdə vətəndaşları qəbul edəcək

Oxşar xəbərlər

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.