Türkiyədə 47 İŞİD üzvü saxlanılıb

Türkiyədə
Türkiyədə

Türkiyədə İŞİD terror təşkilatı tərəfdarı olaraq fəaliyyət göstərməsində və təşkilata maliyyə dəstəyi verməsində şübhəli bilinən 47 nəfər saxlanılıb.

Trend xəbər verir ki, şübhəlilər İstanbul Baş Prokurorluğunun terror cinayətləri istintaq bürosu tərəfindən aparılan araşdırma nəticəsində, ölkənin dörd vilayətində icra olunan əməliyyat zamanı ələ keçiriliblər.

Hakim qarşısına çıxarılan şübhəlilərdən 33-nün həbsinə, 6-nın isə məhkəmə nəzarəti ilə sərbəst buraxılmasına qərar verilib.

Xsatırladaq ki, yanvarın 31-də Türkiyənin İstanbul və Diyarbəkir vilayətlərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Bildirilib ki, əməliyyat nəticəsində 46 nəfər şübhəli qismində saxlanılıb.

Onlardan 40-ı həbs vəsatəti ilə məhkəməyə göndərilib.

Şübhəlilərin evlərində aparılan axtarış tədbirləri nəticəsində iki sənədsiz tapança, bir tüfəng, çoxlu rəqəmsal material, sənədlər və qadağan olunmuş nəşrlər müsadirə edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.