Türkiyə ordusu “Barış bulağı”nda nə qədər itki verib?
Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərəkat zamanı Türkiyə ordusunun 4 əsgəri şəhid olub.
O qeyd edib ki, hərbi əməliyyatlar zamanı Azad Suriya Ordusunun 74 üzvü həyatını itirib.
