Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt olacaq?- MSK sədri tarixi açıqladı

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib.

Trend-in məlumatına görə, bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov vurğulayıb ki, ötən bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M.Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub.

Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Trampın hədələyici məktubuna cavab verdi:

Sonrakı məqalə

Türkiyə ordusu “Barış bulağı”nda nə qədər itki verib?