Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Türkiyədə inflyasiya mənzil böhranı yaradıb –

User 26 Sentyabr 2023 - 10:53 (Last updated: 21 May 2025 - 20:15)
menzil turki

Türkiyədə mənzillərin kirayə qiymətlərinin yüksək olması səbəbindən yaranan mənzil böhranı dərinləşir. Ev sahibləri və kirayəçilər arasında cinayət və məhkəmə prosesləri artır. Avqust ayında ölkədə kirayə mənzillərin qiyməti ötən ilki eyni dövrlə müqayisədə 137 faizdən çox artıb.

Azpost.info bildirir ki, bu barədə “Aydınlık” qəzeti yazıb.

Türkiyə hökuməti yüksək inflyasiya şəraitində mənzil kirayəsinin artımını 25 faizlə məhdudlaşdırmaq barədə qərar vermişdi. Bu da kirayəçilərlə müstəqil müqavilə bağlamağı müdafiə edən ev sahiblərinin kəskin narazılığına səbəb olmuşdu.  Qərarın müddəti bu il uzadılıb.

“Kirayə haqqı ilə bağlı yaranan mənzil böhranı davam edir. 25 faiz məhdudiyyətinə baxmayaraq, ev sahibləri inflyasiyanı əsas gətirərək kirayəçilərindən kirayə haqqını daha yüksək nisbətdə artırmağı xahiş edirlər. Demək olar ki, hər gün ev sahibi ilə kirayəçi arasında gedən məhkəmə çəkişmələri mətbuatda öz əksini tapır”.-yazan nəşr qeyd edir ki, Türkiyədə 2018-ci ilin avqust ayından başlayaraq beş il ərzində mənzil kirayələrində nominal artım orta hesabla 891,67% təşkil edib.

İstehlakçılar Birliyi Federasiyasının (TBF) işçi qrupunun rəhbəri Yunus Emre Bitmez deyib ki, icarədar ilə kirayəçi arasındakı problemin getdikcə daha da dərinləşir: “Əgər 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər keçirilən ictimai rəy sorğuları mənzil probleminin dərinləşdiyini göstəribsə, son bir ildə açılan məhkəmə iddialarının sayında kəskin artım və icarədarlar və kirayəçilər arasında cinayət çəkişmələri həyəcanverici həddə çatıb. İctimai rəy sorğusunun nəticələrinə görə, ölkəmizdə əhalinin yarıdan çoxu kirayədə yaşayanlardır. Hər 10 nəfərdən 7-nin kirayəni və girov pulunu ödəmək üçün kifayət qədər maliyyə imkanları yoxdur. Ailənin gəlirinin yarısı kirayə haqqını ödəməyə gedir. 10 nəfərdən 7-si kirayə haqqının məbləği ilə bağlı ev sahibi ilə mübahisə edib. Ev sahibi ilə mübahisə edən kirayəçilərin demək olar ki, hamısı kirayə haqqının 75-100% artırılmasını tələb edirdi”.

Türkiyədə bir sıra ekspertlər və media ölkədə kirayə qiymətləri probleminin tezliklə sosial böhrana çevriləcəyini bildirir. Ev sahibləri daha baha qiymətə icarəyə götürmək üçün keçmiş kirayəçilərini çıxarmağa çalışırlar. Kirayəçilər də büdcələrinə uyğun kirayə mənzil tapmaqda çətinlik çəkirlər.

Azpost.info

Post navigation

Previous: ABŞ Putini APEC sammitinə dəvət etməyəcək
Next: Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.