Türkmənistan prezidenti güc nazirlərinə idman elətdirdi –

FOTOLAR (VİDEO)
15 Dekabr 2019 - 14:43

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov güc strukturlarının rəhbərlərini idman zalına apararaq onlara məşq elətdirib.

Azpost.info bildirir ki, Aşqabadın Olimpiya şəhərciyindəki idman zalında ölkənin baş prokuroru, DİN, Təhlükəsizlik Xidmətinin, Gömrük Komitəsinin rəhbərləri Prezidentin göstərişi ilə müxtəlif idman təmrinləri ediblər.

Qeyd edək ki, Berdımuhammedovun zaman-zaman belə qeyri-adi hərəkətləri müzakirə mövzusu olur.