Türkmənistanın yeni parlamentinin ilk iclası keçirilib.
Azpost.info bildirir ki, prezident Sərdar Berdımuhammədovun iştirak etdiyi iclasda MSK sədri Mıradov martın 26-da keçirilmiş seçkilərin nəticələri barədə məruzə edib.
Türkmənistan Məclisindəki 125 yer uğrunda 258 namizəd mübarizə aparıb. Hakim Demokrat partiyası 65 yer, Aqrar partiya 24 yer, Sənayeçilər və sahibkarlar partiyası 18 yer, vətəndaş qruplarından 18 yer əldə edib.
Gizli səsvermə yolu ilə Dünyagözəl Qulmanova parlamentin yeni sədri seçilib. O, buna qədər Türkmənistan Ədalət Nazirliyinin notariat şöbəsində baş məsləhətçi vəzifəsini tutub.
Azpost.info

