Türkmənistan öz messencerini yaradacaq

Türkmənistan öz messencer xidmətini yaratmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə məsələ ölkə prezidenti Qurbanqulu Berdımuhamedovun başçılığı ilə keçirilmiş hökumət iclasında müzakirə olunub.

Prezident bildirib ki, əhali arasında düzgün informasiyanın yayılması üçün müasir milli məlumat mübadiləsi sistemi yaradılmalıdır.

Bundan başqa, Q.Berdımuhamedov Türkmənistan KİV-lərinə sosial şəbəkələrdə qeydiyyatdan keçməyi və dünya ictimaiyyətinə ölkənin iqtisadi sahələrdə qazandığı uğurlar barədə məlumatları çatdırmağı tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa daha 177 min yoluxma aşkarlanıb –

Sonrakı məqalə

Moskvada koronavirusdan daha 20 nəfər ölüb