Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkmənistanda qadınlara 3 dollar bayrampulu verilib

User 08 Mart 2023 - 12:33 (Last updated: 21 May 2025 - 20:15)
turkmen

Türkmənistanda Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirlərdə avtoritar hakimiyyətdən kiçik hədiyyələr alan qadınlar və qızlar zərfləri minnətdarlıq və hörmət əlaməti olaraq alınlarına aparırdılar.

Dövlət televiziyasının lentə aldığı bu tədbirlərdə bu qaydaya sərt şəkildə əməl olunub. Bunu Azadlıq Radiosunun türkmən xidmətinin müxbirləri bildirir.

Lebap vilayətində bir tədbirdə başlarını çalmaya oxşar formada bağlamış qadınlara deyilib ki, onu aşağı salsınlar, daha qadınların dövlət mərasimlərində belə baş geyimi qəbul edilmir.

Bu mərasimdə nağd pul verilən qadınlar isə fiziki görünüşlərinə görə cərgələrdə oturdulublar, daha gözəl sayılanlar ön cərgədə əyləşiblər.

Lebapda başqa bir mərasimin iştirakçısı AzadlıqRadiosuna deyib ki, oxuduğu təhsil ocağında bu mərasimlər yalnız şou üçün keçirilib.

Belə ki, onlara verilən zərflər boş imiş, tədbir iştirakçılarına isə mərasimdən sonra 60 manatlıq (qara bazar məzənnəsi ilə 3 dollarlıq) hədiyyələr verilib.

“Qadın iştirakçılar bütün bunların mənasız olduğunu bilirdilər, amma prosedura əməl etməyə məcbur idilər”, – anonimlik şərtilə danışan qadın söyləyib.

Türkmənistanda da digər postsovet ölkələrində olduğu kimi martın 8-i rəsmi bayramdır. Ancaq türkmənistanlı qadınlar bu il öncəki illərə baxanda daha az şeydən zövq alırlar.

Ötən il qadınların maşında ön oturacaqda oturmasının yasaqlanması xəbərləri də gəlib. Azadlıq Radiosunun müxbirləri onlarla belə hal barədə məlumat veriblər.

Xarici media yazandan, nə qədər nadir hal sayılsa da, bəzən qadınların özlərinin etirazından sonra bəzi məhdudiyyətlərin yüngülləşdirildiyi bildirilir.

Bu aydan bəzi gözəllik salonları yenidən açılıb. Ancaq dodaq dolğusu, sinə implantı, tatu, saçın qırxılması kimi kosmetik dəyişikliklərdən söhbət gedə bilməz.

AzadlıqRadiosunun Balkan vilayətindəki müxbirinin bu ay verdiyi xəbərə görə, ötən il azı 11 həkim botoks və dodaq dolğusu xidmətlərinə görə həbs olunub. Müştərilərin guya infeksiyalar, allergik reaksiyalardan şikayətləndiyi iddia olunur.

Bu arada Marı və Lebap vilayətlərində gizli xidmətlərə görə qiymətlərin qalxdığı bildirilir. Bədən epilyasiya prosedurları iki dəfə bahalanaraq 300 manata ($15) yüksəlib.

Post navigation

Previous: Saatlıda müharibə veteranı Məşğulluq İdarəsini yandırıb –
Next: Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.