“TURKOVAC”-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

“Türkiyənin koronavirusa qarşı yerli vakisini olan “TURKOVAC”ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir”.

Bu barədə Bakı Sağlamlıq Mərkəzindən  bildirilib. Qeyd edilib ki, bu sınaqlar uzunmüddətli olacaq:

“Sınaqlar 15 ay ərzində davam edəcək. Hazırda bu vaksini vurdurmaq üçün könüllü müraciət edən yoxdur”.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.

APA

 

Əvvəlki məqalə

Cənubi Koreyada təlim təyyarəsi qəzaya uğrayıb

Sonrakı məqalə

Avropa Parlamentinin sədri Kiyevə gəlib