“Tviter” (X) paylaşımların altında bəyənmə və repostlardan imtina edə bilər.
Azpost.info xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask bildirib.
Onun sözlərinə görə, bu məlumatlar istifadəçi yazılarını qarışdırır və onların vizual dizaynını korlayır.
Sahibkar daha bir dəyişikliyi açıqlayıb. Söhbət sosial şəbəkənin digər istifadəçilərinə ödənişlər göndərmək imkanının əlavə edilməsindən gedir. Bunun üçün şirkət lisenziya almalıdır ki, bu da ABŞ-ın hər ştatında dəyişir.
Maskın sözlərinə görə, “Tviter” sənədi bir neçə ay ərzində Nyu-Yorkda, apreldə isə Kaliforniyada alacaq. Artıq cənub ştatları sosial şəbəkələr üçün lazımi lisenziyaları verib.
Azpost.info