Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Təbiət fənninin tədrisi yalnız 5 və 6-cı siniflər üçün nəzərdə tutulub

User 20 Sentyabr 2023 - 16:15 (Last updated: 21 May 2025 - 20:15)
16952090544255957010_1200x630

Yeni tədris ilində məktəblərdə Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan “Təbiət-6” dərslik komplektinin kütləvi tətbiqinə başlanılıb.

İnstitut dərslik komplekti ilə bağlı ən çox verilən suallara aydınlıq gətirib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilindən ümumi təhsil müəssisələrinin 5 və 6-cı siniflərində təbiət fənni tədris olunur. Təbiət fənni üzrə dərslik komplekti inteqrativ formatda, biologiya, kimya, fizika və yer elmlərinə (coğrafiya) dair ilkin anlayışların mənimsədilməsi və sadə praktiki tətbiq bacarıqlarının formalaşdırılmasına əsaslanaraq yazılıb. Dərslik komplektinin fərqləndirici xüsusiyyəti məzmunun öyrədilməsində aktiv təlim üsulu olaraq tədqiqata əsaslanan tədris metodundan istifadə olunmasıdır. Tədqiqata əsaslanan təlim metodunun məqsədi şagirdlərin təbii maraq hissini daha da inkişaf etdirmək və onlara məzmunla bərabər, elmi məlumatları müstəqil əldə edə bilmək bacarıqları aşılamaqdır. Bu zaman şagirdlər hazır bilikləri didaktik üsulla öyrənmək əvəzinə, sadə praktik araşdırmalar əsasında qazanılan bilik və bacarıqların mənimsənilməsində passiv deyil, aktiv iştirakçı olurlar. Dərslikdə təqdim olunan təcrübələri təkcə xüsusi laboratoriya otaqlarında deyil, sinif şəraitində də aparmaq mümkündür.

Təbiət fənni üzrə dərslik komplektinə daxil olan iş dəftəri mənimsənilməsi nəzərdə tutulan biliklərin möhkəmləndirilməsinə, beynəlxalq imtahanlarda istifadə olunan sual tipləri ilə tanışlığa və şagirdlərin öyrəndiklərini tətbiqetmə bacarıqlarının formalaşdırılmasına xidmət edir.

Təbiət fənninin tədrisi yalnız ümumi təhsil müəssisələrinin 5 və 6-cı sinifləri üçün nəzərdə tutulub. Tədris prosesində davamlılığın qorunması məqsədilə növbəti siniflər (7, 8 və 9-cu siniflər) üçün biologiya, kimya, fizika və coğrafiya fənləri üzrə yeni dərsliklər hazırlanır.

Qeyd edək ki, “Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində sınaqdan keçirilib. Bu müddətdə dərslik paralel olaraq Elm və Təhsil Nazirliyinin ekspertləri, AMEA-nın uyğun institutlarının mütəxəssisləri, universitetlərin tanınmış alim və metodistləri, ölkənin qabaqcıl müəllimləri və Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən təhlil olunub. İctimai müzakirələrin və pilot siniflərdə keçirilən monitorinqlərin nəticələri müəlliflər tərəfindən tənqidi analiz olunaraq dərslik komplektinin təkmilləşdirilməsi həyata keçirilib. Nəticələr ictimai ekspertlər tərəfindən bəyənildiyindən Elm və Təhsil Nazirliyinin qərarı ilə “Təbiət-6” dərslik komplekti 2023-2024-cü tədris ilində kütləvi tətbiqə qəbul olunub. Dərslik komplektinə dərslik, iş dəftəri və metodik vəsait daxildir. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılaraq, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri nəzərə alınıb. Dərslik komplektində tədqiqat əsaslı təlimə önəm verilib. Dərslik komplektlərinin hazırlanması prosesinə 11 yerli mütəxəssislə yanaşı, sinqapurlu mütəxəssislər də cəlb olunublar.

Post navigation

Previous: ABŞ Rusiyanın dondurulmuş ehtiyatlarını Ukraynaya köçürməyin yolunu tapıb
Next: Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiqləyib

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.