“Təhlükəsizliklə bağlı Rusiyaya cavabımızı açıqlamayacağıq” –
“ABŞ Rusiyanın təhlükəsizlik təklifləri ilə bağlı cavablarını açıqlamayacaq.
Azpost.info bildirir ki, bu sözləri ABŞ dövlət katibi Blinken bildirib.
“Biz sənədi açıqlamayacağıq. Hesab edirik ki, əgər konfidensial danışıqlar üçün yer saxlasaq diplomatiya uğur qazanmaq üçün böyük şanslara malikdir. Biz ümid edirik ki, Rusiya da bizimlə həmfikir olacaq və təkliflərimizə ciddi yanaşacaq”-deyə Blinken brifinqdə deyib.
Təhlükəsizlik təminatı ilə bağlı yazılı cavabda ABŞ-ın və müttəfiqlərinin narahatlıqları, həmçinin ABŞ və Rusiyanın təmas nöqtələrini tapa biləcəyi sferalar üzrə təkliflər əks olunub.
