Üç aydır “yoxa çıxan” 81 yaşlı siyasətçi: “Ölməmişəm…”

ABŞ Konqresinin üzvü Kay Qrencer demensiya ilə bağlı problemləri etiraf edib.

AzPost xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Qeyd edək ki, Respublikaçı 81 yaşlı Kay Qrencer iyul ayında Konqresdə iştirakını dayandırıb. Bəzi media orqanları onun demans xəstələri üçün xüsusi bir müəssisədə yaşadığı barədə məlumatlar yayılmağa başladı.

Qrencer öz nümayəndələri vasitəsilə rəsmi bəyanat yayaraq “bəzi sağlamlıq problemləri” olduğunu söyləyib. Siyasətçi həmçinin Respublikaçılar Partiyasındakı həmkarlarının bundan xəbəri olduğunu bildirib.

Qeyd edək ki, Qrencer 1996-cı ildə ABŞ Konqresində Texasdan olan ilk qadın nümayəndəsi olduqdan sonra məşhurlaşmlşdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.