Ucar sakininin oğlu tərəfindən öldürüldüyü məlum olub

13 İyul 2020 - 11:05

Ucar sakininin qətlinin üstü açılıb.

Balta ilə baş nahiyəsindən ağır xəsarət yetirilərək Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən və orada vəfat edən rayonun Bərgüşad kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasovu, oğlu, 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən öldürdüyü məlum olub.

Xatırladaq ki, hadisə baş verən gün B. Abbasovun yaxın qohumları tərəfindən öldürüldüyü ehtimal edilir. Bu səbəbdən mərhumun qardaşı uşaqları şübhəli şəxs qismində saxlanılmışdı. Aparılan araşdırmalar nəticəsində B. Abbasovu oğlu tərəfindən öldürüldüyü təsdiqlənib. (APA)