Ucarda yük maşını piyadanın üstündən keçib

17 İyun 2020 - 16:55

Ucarda yük maşını piyadanı vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar-Zərdab yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Rəhman Bəkir oğlu Abdurrəhmanov idarə etdiyi “Hova” markalı yük maşını ilə piyada, Cəlilabad rayon sakini Əfqan Quliyevi vurub. Yük maşını daha sonra piyadanın üstündən keçib. 

Ə.Quliyev hadisə yerində ölüb.  Faktla bağlı araşdırma aparılır.