“Üçüncü dünya müharibəsi gedir, çox gec olmadan İranı dayandırmaq lazımdır”- İsrail XİN rəhbəri

Radikal İslama qarşı üçüncü dünya müharibəsi gedir, azad dünya ölkələri birlməli, gec olmadan  İranı dayandırmalıdırlar.

Azpost.info xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz deyib.

O, İranın ali dini lideri Əli Xamneinin X sosial şəbəkəsində paylaşımından sonra bu bəyanatla çıxış edib.

Qərb ölkələrində Fələstin tərəfdarlarının nümayişlərini şərh edən Katz ABŞ və İsrailin nüfuzunun məhv edildiyini deyib: “Əli Xamneyi illərdir ABŞ və Avropada İslam ekstremizminin infrastrukturunun yaradılmasına töhfə verib və indi bütün dünyada nifrət nümayişlərini heyranlıqla izləyir, İsrail və ABŞ-ı məhv etməyə çağırır”.

O əlavə edib ki, Xamenei özü İranda şəxsi azadlıq çağırışı edən istənilən etirazçını vəhşicəsinə öldürür.

Azpost.info

Əvvəlki məqalə

“500 min manatı Nəcməddin Sadıqovdan alıb çatdırmışam” –

Sonrakı məqalə

Bakıda beynəlxalq kompuyter oyunları festivalı keçiriləcək