UEFA Azərbaycan klublarına 1,2 milyon avro ayırıb

17 Avqust 2021 - 09:56

Avrokubokların 2021/2022-ci il mövsümünün təsnifat mərhələsində iştirak edən klublar üçün UEFA tərəfindən pul ayrılıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Konfrans Liqasında çıxış edən Azərbaycan klublarının da büdcəsi zənginləşib.

UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə təmsilçilərimizin hesabına köçürülüb. Klublarımıza ümumilikdə 1,2 milyon avro çatıb.

Avrokuboklarla vidalaşan “Keşlə” və “Sumqayıt” hərəyə 450 min avro əldə edib. Digər klublarımızdan “Neftçi” 200,
“Qarabağ” 100 min avro qazanıb.