UEFA ilin futbolçusu adına namizədləri açıqlayıb

İlin futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA bu mükafata üç namizədi müəyyənləşdirib.

Çempionlar Liqasının finalçılarının yer aldığı “üçlük”də “Çelsi”nin iki, “Mançester Siti”nin bir futbolçusu var. Bunlar Jorjinyo, Nqolo Kante və Kevin de Breynedir.

İlin futbolçusunun adı Çempionlar Liqasının qrup mərhələsinin avqustun 26-da keçiriləcək püşkatmasında açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Tədbirdə ən yaxşı məşqçi də mükafatlandırılacaq. Bu ada Pep Qvardiola (“Mançester Siti”), Tomas Tuxel (“Çelsi”) və Roberto Mançini (İtaliya yığması) iddia edir.

Qeyd edək ki, ötən həftə mövqelər üzrə Çempionlar Liqasının ən yaxşıları və Avropa Liqasının ən yaxşı futbolçusu adına namizədlər də açıqlanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Kabil aeroportundan 7 minə yaxın insanı təxliyə edib

Sonrakı məqalə

Plasido Dominqo 3 min dinləyicini bir araya gətirib