UEFA Millətlər Liqası:

Rusiya yığması Macarıstana qalib gəldi
06 Sentyabr 2020 - 22:19

Futbol üzrə Rusiya yığması Millətlər Liqasının qrup mərhələsində Macarıstan seçməsi ilə qarşılaşıb.

“Report” xəbər verir ki, matç Budapeştin “Puşkaş Arena” stadionunda boş tribunalar qarşısında keçirilib.

Qarşılaşmanı Maurisio Marianinin başçılığı ilə italiyalı hakimlər briqadası idarə edib.

Oyun Rusiya yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Rusiya yığmasının heyətində Anton Mirançuk (15-ci dəqiqə), Maqomed Ozdoyev (34) və Mario Fernandes (46) fərqləniblər. Macarıstan azarkeşlərini isə Roland Şallai (62-ci dəqiqə) və Nemanya Nikoliç (70) öz qolları ilə sevindirib.