UEFA Millətlər Liqası:Rusiya yığması Macarıstana qalib gəldi

Futbol üzrə Rusiya yığması Millətlər Liqasının qrup mərhələsində Macarıstan seçməsi ilə qarşılaşıb.

“Report” xəbər verir ki, matç Budapeştin “Puşkaş Arena” stadionunda boş tribunalar qarşısında keçirilib.

Qarşılaşmanı Maurisio Marianinin başçılığı ilə italiyalı hakimlər briqadası idarə edib.

Oyun Rusiya yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Rusiya yığmasının heyətində Anton Mirançuk (15-ci dəqiqə), Maqomed Ozdoyev (34) və Mario Fernandes (46) fərqləniblər. Macarıstan azarkeşlərini isə Roland Şallai (62-ci dəqiqə) və Nemanya Nikoliç (70) öz qolları ilə sevindirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaponiyada 7,5 milyon insana evakuasiya barədə göstəriş verilib

Sonrakı məqalə

Ərdoğan Avropanı Aralıq dənizi ilə bağlı məsələdə ədalətli və tərəfsiz olmağa çağırıb