“Uğurlu gələcəyə aparan yol” layihəsinin təqdimatı keçirilib

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin “Fərdi kateqoriya” üzrə qalibi olmuş “Uğurlu gələcəyə aparan yol” adlı layihənin təqdimatı keçirilib.

Şəmkir rayonundakı Kimya-Biologiya Təmayüllü Respublika Liseyində baş tutan tədbirdə layihə rəhbəri İradə Babayeva layihənin məqsədi, görüləcək işlər və gözlənilən nəticə haqqında ətraflı məlumat verib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, Şəmkir rayonu üzrə Təhsil Sektorunun rəhbərliyi və müvafiq əməkdaşları, ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də layihə komandası (rəhbər, ekspert və təlimçi) və media nümayəndələri iştirak ediblər.

Sonda tədbir iştirakçılarına və qonaqlara minnətdarlıq ifadə edilib və xatirə şəkli çəkilib.

Xatırladaq ki, layihənin məqsədi Şəmkir məktəblərinin 9-cu sinif şagirdlərinə gələcəyin peşələri haqqında ətraflı məlumat vermək, strateji planlaşdırma və hədəflərini müəyyənləşdirməkdə yardımçı olmaqdır.

Əvvəlki məqalə

“Qanunsuz balıq ovuna qarşı mübarizə gücləndirilməlidir” –

Sonrakı məqalə

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib –