Uhan rəsmiləri koronavirusla bağlı məlumatları gizlədir –

ABŞ kəşfiyyatı
20 Avqust 2020 - 09:38

ABŞ kəşfiyyatı Hubei əyalətinin inzibati mərkəzi Uhan rəsmilərin yeni koronavirusun yayılma təhlükəsi ilə bağlı məlumatları Çin hökumətindən gizlətdiklərini iddia edir.

TASS xəbər verir ki, bununla bağlı “The New York Times” qəzetində dərc olunan məqalədə deyilir.  .

Bildirilib ki, CIA və digər xüsusi xidmət orqanlarının iyun ayında təqdim etdikləri hesabatda Hubey əyalətinin və Uhan rəsmilərinin vaxtında rəsmi Pekinə məruzə etmədikləri əks olunub.

Ehtimal edilir ki, rəsmilər tərəfindən məlumatların ilk gündən gizlədilməsi cəzalandırılacaqlarından ehtiyat etmələri olub.

Hesabatda o da vurğulanıb ki, belə olan halda əsas məsuliyyət Çin hökumətinin deyil, məhz Hubey əyalətinin rəhbərliyinin üzərinə düşür.

Məqalədə qeyd edilib ki, səslənən fikirlər fonunda ABŞ hakimiyyəti Çinə münasibətlərini bir qədər yumşalda bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp çıxışlarında dəfələrlə Çinin epidemiyanın baş verməsində məsuliyyət daşıdığını, ilk günlərdən yoluxmanı bilərəkdən  gizlətdiyini bildirmişdi. (APA)