ABŞ Prezidenti Donald Tramp ötən ilin noyabrında kəşfiyyatın Çinin Uhan şəhərində koronavirusun yayılması barədə xəbərdarlıq etməsi ilə bağlı məlumatları saxta adlandırıb.
Bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib. O vurğulayıb ki, ABC telekanalı məsələ ilə bağlı yalan xəbər yayıb.
“Onlar bu yalan xəbəri yazanda səhv etdiklərini bilirdilər”, – deyə D. Tramp qeyd edib.
Xatırladaq ki, ABC telekanalı Amerika kəşfiyyatının hələ 2019-cu ilin noyabr ayında ABŞ hakimiyyətini Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdar etdikləri haqda məlumat yayıb.
Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da yeni tip koronavirusa yoluxanların sayı 465 min nəfərdir, onlardan 16672 nəfəri vəfat edib, 25 min nəfər isə sağalıb.