“Uhanda virusun yayılması haqda kəşfiyyatın xəbərdarlığı ilə bağlı məlumatı saxtadır” –Tramp

ABŞ Prezidenti Donald Tramp ötən ilin noyabrında kəşfiyyatın Çinin Uhan şəhərində koronavirusun yayılması barədə xəbərdarlıq etməsi ilə bağlı məlumatları saxta adlandırıb.

Bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib. O vurğulayıb ki, ABC telekanalı məsələ ilə bağlı yalan xəbər yayıb.

“Onlar bu yalan xəbəri yazanda səhv etdiklərini bilirdilər”, – deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ABC telekanalı Amerika kəşfiyyatının hələ 2019-cu ilin noyabr ayında ABŞ hakimiyyətini Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdar etdikləri haqda məlumat yayıb.

Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da yeni tip koronavirusa yoluxanların sayı 465 min nəfərdir, onlardan 16672 nəfəri vəfat edib, 25 min nəfər isə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda baş verən yol qəzasında polis əməkdaşı ölüb

Sonrakı məqalə

Hərbi Hava Qüvvələri MiQ-29 və Su-25 təyyarələrini səmaya qaldırdı –