“Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinin heç bir hüquqi qüvvəsi yoxdur” –BMT baş katibi bəyanat verdi

Prezident Putin sabah Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsi haqqında qərarını elan edəcək.

Azpost.info bildirir ki, bu məlumat dünyada ciddi rezonans doğurub. BMT xəbərdarlıq edib ki, bu addım “gərginliyin təhlükəli həddi”dir.

“Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaparojye vilayətlərinin birləşdirilməsi haqqında istənilən qərarın heç bir hüquqi qüvvəsi yoxdur və pislənməlidir”-deyə BMT-nin Baş katibi Qutteraş bəyan edib.

ABŞ-ın dövlət katibi Blinken bildirib ki, Rusiyanın təşkil etdiyi səsvermə Ukrayna ərazilərinin işğal edilməsini uğursuz masakalamaq cəhdidir.  Türkiyə prezidenti Ərdoğan Putini Ukraynada gərginliyin azaldılması üçün addım atmağa çağırıb.

Əvvəlki məqalə

Novxanıda Spring” hoteldə baş verən yanğın söndürülüb

Sonrakı məqalə

Tanınmış müğənni Rəhim Rəhimli vəfat edib