Novxanıda Spring” hoteldə baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, yanğınsöndürənlər ünvana çatdıqdan sonra yanğının “Spring” Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, yanğın zamanı 50 nəfər təxliyə edilib.

Yanğından mühafizə qüvvələrinon operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Əvvəlki məqalə

UEFA “Qarabağ”ın kapitanı Maksim Medvedevlə bağlı paylaşım edib

Sonrakı məqalə

“Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinin heç bir hüquqi qüvvəsi yoxdur” –