“Ukrayna ərazisində ABŞ qoşunları olmayacaq” –Dövlət katibi Blinken

“ABŞ Ukraynaya quru qoşunlarının göndərilməsinin əleyhinədir və bu, Rusiya ilə birbaşa münaqişəni yaxınlaşdıracaq”.

Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken LCI telekanalına müsahibəsində bildirib.

“Prezident Co Baydenin siyasəti çox aydındır: Ukrayna ərazisində ABŞ qoşunları olmayacaq. “Bu, Rusiya ilə birbaşa münaqişəni yaxınlaşdıracaq və biz bundan qaçmaq istəyirik”, – deyə Dövlət katibi qeyd edib.

Ukraynaya qoşun yeridilməsi ehtimalını istisna etməyən Fransa prezidenti Emmanuel Makronun sözlərinə münasibət bildirən Blinken deyib ki, hər kəs həm milli, həm də ittifaq səviyyəsində qərarlar qəbul etməlidir.

Dövlət katibinin sözlərinə görə, Ukrayna münaqişəsinin ilk günündən Prezident Bayden əmin edib ki, Rusiya ilə müharibədən, eskalasiyadan, istər adi, istərsə də nüvə eskalasiyasından qaçmaq lazımdır.

Əvvəlki məqalə

Ermənistan millisinin keçmiş qapıçısı Rusiyada polisi və sürücünü öldürüb

Sonrakı məqalə

Bu gün Əfv Komissiyasının ilk iclası keçiriləcək